mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Pulsuz və onlayn necə VÖEN açmaq olar?

Bu dəfə fərdi sahibkarların səsinə qulaq verdik.  

 

Etdiyimiz araşdırmalar bizə onu göstərir ki, sahibkarlar üçün vergi uçotuna alınma çox vacib, bir o qədər də vaxt aparan, əlavə xərclərə səbəb olan bir məsələdir. Bəs bilirdiniz ki, heç yerə getmədən onlayn VÖEN açmaq olar? Biz bu bloqumuzda VÖEN nədir və nə üçün vacibdir? VÖEN açmaq qiyməti nə qədərdir? Onlayn VÖEN açmaq mümkündürmü? və s. kimi suallara cavab axtarmışıq.  

 

Əgər siz də bu suallardan ən az birini özünüzə vermisinizsə, indi doğru yerdəsiniz. Bloqu oxumaqla sahibkarlıq fəaliyyətinizi bizimlə rəqəmsallaşdıra biləcəksiniz😉

VÖEN nədir və nə üçün vacibdir?

Gəlin, məsələyə ən başdan - VÖEN nədir? sualından başlayaq. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. İstifadə edildiyi ölkədən asılı olaraq bu vergi identifikatoru hərf və rəqəmlərdən ibarət ola bilər.  

 

VÖEN-dən istifadə edilməsində əsas məqsəd vergi ödəyicisini müəyyən etmək və vergi ilə bağlı xidmətlərin idarə olunmasını təmin etməkdir. Vergi ödəyicilərinin vahid qeydiyyat sistemi VÖEN vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası vergi məcəlləsinə əsasən bütün fiziki və hüquqi şəxslər yalnız VÖEN nömrəsi aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

VÖEN necə açılır?

VÖEN hesabının açılması iki müxtəlif üsulla icra edilir: ənənəvi və onlayn VÖEN açmaq. 

 

Ənənəvi şəkildə hər bir şəxs yaşadığı ərazinin Vergi İdarəsinə və ya yaxınlıqdakı ASAN Xidmət mərkəzinə müraciət edərək VÖEN aça bilər. Bunun üçün vətəndaş ilk növbədə ASAN İmza sertifikatı əldə etməli və fiziki şəxs kimi vergi uçotuna alınmalıdır.  

 

Sual yarana bilər ki, bəs xidmət mərkəzinə yaxınlaşdıqda VÖEN açmaq üçün tələb olunan sənədlər hansılardır? Bu suala da cavab tapa bilməyiniz üçün VÖEN açmaq üçün tələb olunan sənədləri aşağıdakı kimi qruplaşdırmışıq:  

 

- Şəxsiyyəti təsdiq edən sənəd (vətəndaşlığı olmayan və əcnəbi şəxslər üçün onun ölkədə müvəqqəti və ya daimi yaşamaq icazəsini təsdiq edən sənəd); 

-Etibarnamə (təmsilçi müraciət etdiyi halda); 

-Asan İmza SİM kartı (bunun üçün rüsum mövcuddur); 

-VÖEN (hüquqi şəxs olan və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər üçün); 

-Möhür (hüquqi şəxslər üçün). 

 

Daha rahat və müasir formada isə SİMA İmza ilə vergi portalında onlayn VÖEN hesabı aça bilərsiniz. 

Onlayn VÖEN açmaq mümkündürmü?

Ənənəvi üsul aydındır ki, çox vaxt tələb edir və istifadəçi üçün əlavə xərclərə səbəb olur. Lakin SİMA İmzanın vergi portalına inteqrasiyası nəticəsində artıq fərdi sahibkarlar new.e-taxes.gov.az portalında onlayn VÖEN aça, elektron qaimə göndərə, sadələşdirilmiş, gəlir, əmlak və s. kimi bir çox vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə bilərlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da artıq SİMA İmza ilə mümkündür. Heç yerə getmədən VÖEN açdıqdan sonra fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs il ərzində üç aydan bir təkrarlanan vergi hesabatlarını da SİMA yeni nəsil rəqəmsal imza ilə həyata keçirə bilərlər.  

Online VÖEN açmaq üçün nə etməliyəm?

“SİMA İmza ilə onlayn VÖEN açmaq üçün aşağıdakı ardıcıllığı izləyə bilərsiniz:  

 

-İlk növbədə new.e-taxes.gov.az saytına SİMA İmza ilə daxil olursunuz; 

-Açılan pəncərədə “vergi məcəlləsinin 33.4-cü maddəsinə uyğun olaraq fiziki şəxs” kimi qeydiyyatdan keçməyi seçirsiniz; 

-Burada isə sizdən tələb olunan məlumatları doldurub müraciətinizi təsdiqləyə bilərsiniz. 

 

Qeydiyyat prosesi ilə ətraflı tanış olmaq üçün aşağıdakı təlimat videosunu izləyə bilərsiniz⤵️ 

 

PULSUZ VÖEN AÇ

Kimlər VÖEN aça bilər?

Müxtəlif sektorlardan VÖEN istifadəçiləri var. Bu istifadəçi siyahısında ilk növbədə sahibklarlıq fəaliyyəti göstərən fiziki şəxslərin adını çəkə bilərik. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs dedikdə, öz adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, müəlliflik hüququndan gəlir əldə edən şəxslər, əmlak icarəyə verən şəxslər və b. nəzərdə tutulur.  

 

Fiziki şəxslərlə yanaşı hüquqi şəxslər də (MMC, ASC, QHT-lər və s.) VÖEN istifadəçisidir.  

 

Siz fiziki və ya hüquqi şəxs kimi pulsuz və onlayn VÖEN açmaq üçün SİMA İmzadan istifadə edə və daha sonra VÖEN-ə bağlı bank hesabı aça, VÖEN hesabınızın aktivliyini yoxlaya bilərsiniz.  

 

Onu da qeyd edim ki, SİMA İmza vətəndaş sertifikatını tam ödənişsiz, fərdi sahibkar serfikatını isə 6 ay boyunca pulsuz əldə edə bilərsiniz. Bunun üçün hazırda aktiv olan “6AYPULSUZ” promokodu ilə vergi, maliyyə və bənzər xidmətlərdən 6 ay ərzində ödənişsiz istifadə etmək mümkündür. 

 

Promokoddan necə istifadə edəcəyinizi bilmək üçün aşağıdakı videonu izləyin⤵️

 

6AYPULSUZ abunəlik əldə et

Taxi sürücülərinin VÖEN hesabı olmalıdırmı?

Əgər siz taksi sürücüsü kimi işləyirsinizsə🚖, sizin də VÖEN hesabınız olmalıdır. Gəlin, deyək niyə? 

 

Çünki siz Bolt, Uber və ya digər taksi xidmətləri vasitəsilə xidmət göstərirsinizsə bu fəaliyyət sahibkarlıq sayılır və qanunvericiliyə əsasən bu cür fəaliyyətlə məşğul olan şəxslər vergi uçotuna alınmalı və VÖEN almalıdır ki, rəsmi sahibkarlıq fəaliyyətini təsdiqləyə bilsin.  

 

Bununla yanaşı, taksi sürücüləri gəlirlərinə görə sadələşdirilmiş vergi ödəyir. Bu vergini ödəmək üçün isə VÖEN hesabı lazımdır. Elə bu yerdə kiçik bir xatırlatma etmək istəyirik ki, SİMA İmza fərdi sahibkar sertifikatını “6AYPULSUZ” promokudu ilə əldə etsəniz, növbəti 6 ay ərzində sadələşdirilmiş, gəlir, mənfəət və bənzər vergi bəyannamələrini SİMA İmza ilə ödənişsiz şəkildə verə bilərsiniz. Sertifikatı necə əldə edəcəyinizi bilmək üçün bir balaca yuxarı qalxaraq “Kimlər VÖEN aça bilər?” başlığına aid videonu izləyə bilərsiniz.  

 

Hə, onu da qeyd edək ki, taksi sürücüsü kimi gələcəkdə kredit, sosial təminat və ya ipoteka üçün müraciət etmək istəsəniz hesab məlumatlarınız yoxlanıldığı zaman VÖEN hesabınızın olması sizin üçün üstünlük hesab ediləcək. Çünki siz fəaliyyətinizi tam hüquqi formada icra etməklə öz rəsmi gəlir tarixçənizi formalaşdırmış olacaqsanız. 

Frilans işlər üçün VÖEN lazımdırmı?

Deyə bilərsiniz ki, mən taksi sürücüsü yox, developer kimi çalışıram və ya dizaynerəm. Hazırda məsafədən və ya frilans işlər götürürəm, mən də öz rəsmi gəlir tarixçəmi formalaşdırmaq üçün VÖEN açmalıyammı?  

 

Bəli, siz firlanserlərin VÖEN hesabı olması rəsmi gəlir tarixçənizin formlalaşması üçün lazımdır. Çünki, frilanserlər də öz növbəsində müştərilərinə xidmət göstərir və bunun müqabilində ödəniş alırlar. Buna görə də onlar da sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş hesab edilir və VÖEN-dən istifadəyə ehtiyac duyurlar. Bunun əsas səbəbi frilans işləyən şəxsin qanuni sahibkar kimi fəaliyyət göstərmək istəməsidir. Bununla frilanser öz müştəriləri ilə rəsmi müqavilələr bağlaya, e-qaimələr yarada və hesab fakturalar təqdim edə bilirlər. 

 

Həmçinin bəzi şirkətlər var ki, frilans əməkdaşlıq zamanı yalnız VÖEN üzərindən ödəniş edirlər. VÖEN hesabının olması frilanserə daha böyük müştərilərlə rəsmi sənədləşmələr əsasında işləmək imkanı yaratmış olur.  

 

Yerli bazarda olan böyük şirkətlərdən başqa frilans iş götürmək üçün bəzi platformalar var ki, onlara da qeydiyyat üçün VÖEN hesabının olması üstünlükdür. Məs, Upwork dünyanın ən böyük frilans platformalarından biridir. Minlərlə yerli frilanser bu platforma vasitəsilə xarici müştərilərlə işləyir, dollarla gəlir əldə edir və öz portfoliolarını genişləndirirlər. Bu platformadan da istifadə zamanı frilanserlər VÖEN hesabını qeyd etməli olur.  

Frilanserlər VÖEN açmaq üçün nə etməlidir?

Əgər siz də bu cür frilans iş platformalarından istifadə edərək qlobal miqyasda öz işlərinizi satmaq və ya daxili bazarda daha fərqli müştərilərlə işləmək istəyirsinizsə, elə oturduğunuz yerdən VÖEN hesabı aça bilərsiniz. SİMA İmzanın vergi portalına inteqrasiyası ilə new.e-taxes.gov.az portalında SİMA İmza ilə tam onlayn formada və ödənişsiz VÖEN açmaq mümkündür. Ətraflı təlimat üçün “Onlayn VÖEN açmaq üçün nə etməliyəm?” başlığına aid videonu yenidən izləyə bilərsiniz. 

 

Əgər sizin də şəxsi biznesiniz varsa və ya frilanser kimi çalışırsınızsa, VÖEN açmaq üçün artıq ən rahat və sürətli yolu bilmiş oldunuz. Bloqdan faydalandınızsa, bizi izləmədə, növbəti bloqlarımızı gözləmədə qalın💚 

VÖEN açmaq qiyməti nədir?

Adətən VÖEN açmaq istəyən sahibkarın ilk ağlına gələn sual xərclərlə bağlı olur. Çünki ənənəvi üsulla bu proses həm vaxt, həm də pul tələb edir. Siz müvafiq quruma getməli, müəyyən sənədləri təqdim etməli, bir neçə mərhələni keçməli olursunuz və nəticədə sadəcə ilk dəfə VÖEN almaq və istifadəsi üçün minimum 30 AZN xərciniz çıxır.

 

Amma xoş xəbər odur ki, artıq bu qədər çətinliyə və əlavə xərclərə ehtiyac yoxdur. SİMA İmza ilə VÖEN açmaq tamamilə pulsuzdur və bütün proses onlayn şəkildə, olduğunuz yerdən bir neçə dəqiqəyə həll olunur. Yəni nə növbəyə dayanmaq, nə də əlavə xərc çəkmək lazımdır, telefonunuzun olması kifayətdir.

İnfluenserlər vergi ödəməlidirmi? / İnfluenserlər VÖEN açmalıdırmı?

Bildiyimiz kimi, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununa edilən yeni düzəlişlərə əsasən, influenserlər, başqa sözlə, rəqəmsal platforma təsirçilərinin fəaliyyətində bir sıra dəyişikliklər olundu.

 

Bununla yanaşı, rəqəmsal platformalarda istifadəçiləri alışa təşviq edən hər bir influenser, fəaliyyətini düzgün icra edə bilmək və ödənişlərini vaxtında, gecikmədən əldə edə bilmək üçün, VÖEN hesabı açmalıdır. Üstəlik, bu prosesi SİMA İmza ilə onlayn və pulsuz şəkildə, heç bir əlavə sənəd işi olmadan həyata keçirmək mümkündür.

 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ