mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Audit xidməti

Audit xidməti və audit olunmuş maliyyə hesabatları hər bir müəssisənin təsisçisi, direktoru, biznes tərəfdaşları, investorları və həmin maliyyə hesabatlarının digər istifadəçiləri üçün çox önəmlidir. Çünki müstəqil audit yoxlaması və maliyyə hesabatları üzrə bildirilmiş auditor rəyi maliyyə hesabatlarının istifadəçiləri üçün həmin hesabatların doğruluğu barədə əminliyi təmin edir. Auditin nəticələri sayəsində siz müəssisənizin mühasibat uçotunda, maliyyə hesabatlığında və daxili nəzarət sistemində olan çatışmazlıqları və səhvləri aradan qaldıra bilərsiniz.

Audit apararkən işimiz təkcə maliyyə hesabatlarına rəy bildirmək deyil. Fəaliyyət zamanı risklər olarsa, onları müəyyən etmək, eləcə də idarə etmək üçün bir çox tövsiyələr verməkdən ibarətdir.

Audit xidmətlərimizə aşağıdakılar daxildir:
  • Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama
  • Müəssisənin iqtisadi effektivliyinin öyrənilməsi.
  • Milli və beynəlxalq maliyyə-uçot standartlarına uyğun maliyyə hesabatlarının auditi
  • Daxili audit xidmətləri
  • Maliyyə hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək
  • Şirkətin debitor və kreditor borclarının analizi və təhlili
  • Maliyyə xərclərinin optimallığının araşdırılması

MMC.AZ olaraq biz şirkətlərin biznes inkişafına yardım göstəririk. Onlara müəyyən risklərin qarşısının alınmasında, gündəlik şirkətdaxili audit yoxlanışlarında köməklik edirik. Biz hər bir auditor yoxlamasının nəticələrinə görə tam maddi məsuliyyət daşıyırıq.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ