mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Lisenziya almaq

 Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
 
1.1. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.
 
Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi
 
2.1. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir.
2.2. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:
2.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;
2.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;
2.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;
2.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur.
 
Lisenziya və icazə verən orqanlar və onların səlahiyyətləri
 
3.1. Lisenziya və icazə verən orqanlar Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3.2. Naxçıvan Muxtar Respublikasının ərazisində lisenziya və icazə verən orqanlar Naxçıvan Muxtar Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
3.3. Lisenziya və icazə verən orqan:
3.3.1. lisenziyanı və icazəni, onun dublikatını və əlavəsini verir, lisenziyanı və icazəni yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir;
3.3.2. verdiyi lisenziyalarla və icazələrlə bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları əks etdirən reyestri aparır və onları yeniləndiyi gün reyestrdə qeydə alır;
3.3.3-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir; 
3.3.3. ərizəçi tərəfindən lisenziyanın (icazənin) alınması üçün təqdim olunmuş sənədlərin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan müddətlərdə saxlanılmasını təmin edir;
3.3.4. lisenziya (icazə) şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirir (bu Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilmiş lisenziyalar üzrə lisenziya verən orqan istisna olmaqla).
3.4. Lisenziyanın və icazənin alınması üçün təqdim olunan sənədlərin formasının müəyyən edilməsinə dair qanunla nəzərdə tutulan hallar istisna olmaqla, lisenziya və icazə verən orqan tərəfindən lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hüquqi aktların qəbul edilməsinə yol verilmir.
 
Dövlət rüsumunun məbləği
 
Sıra nömrəsiFəaliyyət növünün adı
 
Dövlət rüsumunun məbləği (manatla)
 
1toksiki istehsalat tullantılarının:
 
 
1.1.
 
utilizasiyası
 
550
 
1.2zərərsizləşdirilməsi
 
550
 
2.özəl tibb fəaliyyəti
 
2250
3.əczaçılıq fəaliyyəti:
 
 
3.1.dərman vasitələrinin istehsalı
 
2250
3.2.dərman vasitələrinin topdansatışı
 
20000
3.3.dərman vasitələrinin pərakəndə satışı
 
1000
4.prekursorların:
 
 
4.1.istehsalı
 
250
4.2.idxalı
 
250
4.3.ixracı
 
250
4.4.tranzit nəql edilməsi
 
250
5.təhsil fəaliyyəti:
 
 
5.1.dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri
 
1250
5.2.dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)
 
10000
5.3.dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələri
 
2000
5.4.dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla, orta ixtisas təhsili müəssisələri
 
2000
5.5.
 dövlət ali təhsil müəssisələri istisna olmaqla, ali təhsil müəssisələri
 
13750
5.6.

5.7.
dövlət əlavə təhsil müəssisələri istisna olmaqla, əlavə təhsil müəssisələri
dini orta ixtisas təhsili müəssisələri
 
1500
2000
5.8.ali dini təhsil müəssisələri
 
13750
6.rabitə xidmətləri:
 
 
6.1.telefon (məftilli)
 
2500
6.2.radiotrank və simsiz telefon
 
2500
6.3.sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)
 
1000000
6.4.İP-telefoniya (internet telefoniya)
 
50000
6.5.ölkədaxili telekommunikasiya kanallarının təşkili
 
2500
6.6.beynəlxalq telekommunikasiya kanallarının təşkili
 
5500
6.7.məlumatların ötürülməsi (data)
 
3000
6.8.sürətli poçt xidməti
 
1250
7.radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması
 
550
8.
 təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması
 
250
9.maye və təbii qaz təsərrüfatı obyektlərinin:
 
 
9.1.quraşdırılması
 
1100
9.2.
 istismarı
 
1000
10.liftlərin quraşdırılması və təmiri fəaliyyəti
 
250
11.attraksionların istismarı
 
1250
12.qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri
 
1250
13.təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi
 
1250
14.yanğından mühafizə fəaliyyəti:
 
 
14.1.müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması
 
1800
14.2.yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi
 
1800
14.3.yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri
 
1800
14.4.yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası
 
1800
15.tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri
 
550
16.tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri
 
550
17.tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi
 
550
18.
 özəl baytarlıq xidməti fəaliyyəti
 
220
19.baytarlıq preparatlarının:
 
 
19.1.
 istehsalı
 
1500
19.2.satışı
 
220
20.bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:
 
 
20.1.istehsalı
 
1000
20.2.
 idxalı
 
500
21.
 fərdi ovçuluq təsərrüfatlarının təşkili
 
550
22.istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü
 
250
23.Müxtəlif növ möhürlərin və ştampların hazırlanması
 
1100

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ