mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

ASC və QSC açmaq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır. Səhmdar cəmiyyətinin nizamnaməsində hüquqi şəxsdən, hüquqi ünvandan başqa nizamnamə kapitalının həcmi, səhmin nominalı, səhmlərin miqdarı göstərilməlidir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə, qanunla qadağan olunmamış digər mənbələr hesabına yaranır. Səhmdar cəmiyyəti açıq (ASC) və qapalı (QSC) cəmiyyət  olaraq iki növə bölünür:

Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə, “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.

Səhmdar cəmiyyəti haqqında qanunun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.

AÇIQ SƏHMDAR CƏMİYYƏT 
• Səhmdar Cəmiyyətinin iştirakçıları onlara mənsub olan səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o ASC sayılır;
• Bu səhmdar cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirir, yəni onların sərbəst satışını həyata keçirir;
• ASC-də səhmlərə abunə yazılışı təsisçilər tərəfindən müəyyən edilir, cəmiyyət səhmlərini bilavasitə özü, bank və ya birja vasitəsilə sata bilər;
• Səhmlərə abunə yazılışı kütləvi informasiya vasitələrində elan olunmalıdır, abunə yazılışının müddəti 6 aydan çox olmamalıdır;
• ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur;
 
QAPALI SƏHMDAR CƏMİYYƏT 
• Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;
• QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;
• QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;
• QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;
• MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;
• QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;
• QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ