mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

QHT qeydiyyatı

QHT nədir və QHT-ni necə  qeydiyyatdan keçirmək olar?
QHT (Qeyri-hökümət təşkilatı) hökümətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatlardan ibarətdir.
(Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsi: Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir)
 QHT-lər qeyri-komersiya məqsədi daşımaqla humanitar, təhsil, səhiyyə, ictimai – siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edirlər.
QHT yaratmaq üçün ilk növbədə təsisçilər nə istədiklərini özləri dəqiq bilməlidirlər. Aydın missiya və məqsəd olmalıdır. Daha sonra təşkilatın məqsədinə, missiyasına uyğun olaraq gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilərək Nizamnamə tərtib olunur. Hüquqi şəxs olmaq, daha ciddi imic formalaşdırmaq üçün dövlət qeydiyyatından keçmək mütləqdir. Əgər dövlət qeydiyyatı yoxdursa, bunu QHT adlandırmaq hüquqi baxımdan düzgün deyildir. Dövlət qeydiyyatı üçün lazım olan sənədlər aşağıdakılardır:
- Nizamnamə
- Təsis yığıncağının protokolu
- Ərizə
- Təsisçilərin şəxsiyyət vəsiqəsinin surəti
- Hüquqi ünvan
- Möhür və ştampın eskizi
- QHT yaradılması üçün dövlət rüsumunun qəbzi
Bu sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim edilir. Daha sonra QHT-lər haqqında qanunvericiliyə və digər hüquqi aktlara uyğun olaraq qeydiyyat prosesi həyata keçirilir. 
 
Azərbaycanda QHT yaradılması qaydaları və fəaliyyəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarla və AR-nın Mülki Məcəlləsi ilə tənzimlənir.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda qeyd edilir ki:
İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
Fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
 QHT ona görə gəlir gətirməyən və qeyri-mənfəətli təşkilat sayılır ki, layihə və digər proseslərin nəticəsində əldə olunan gəlir təsisçilər arasında bölünmür və əldə olunan bütün vəsaitlər ancaq QHT-nin məqsəd və missiyanın həyata keçirilməsinə sərf olunur.
QHT ona görə gəlir gətirməyən və qeyri-mənfəətli təşkilat sayılır ki, AR qanunvericiliyinə əsasən layihə və digər proseslərin nəticəsində əldə olunan gəlir təsisçilər arasında bölünə bilməz. Əldə edilən vəsait ancaq məqsəd və missiyanın həyata keçirilməsinə sərf olunmalıdır. Adətən inkişaf etmiş Avropa ölkələrində, Amerikada QHT-də daha çox yaşlı nəsl çalışır. Hansı ki, ömürləri boyu çalışıblar, artıq bəlli yaşdan sonra pensiyaya çıxıblar və aldıqları təqaüdlə dolanırlar. Ancaq cəmiyyətə yenə də töhfə vermək, özlərini lazımsız hesab etməmələri üçün onlar QHT-də birləşirlər. Maraqları üzrə xeyirxah və ölkənin, xalqın inkişafına yönəlik fəaliyyətlərin həyata keçirilməsi üçün təşkilatlanırlar.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ