mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

MMC ləğv olunması

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında 
1. Normativ sənədlər: Kommersiya və publik hüquqi şəxslərin (bundan sonra- hüquqi şəxs) ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” ilə tənzimlənir. 
 
2. Müraciət forması: Kağız (əlbəəl və ya poçt vasitəsi ilə). 
 
3. Hüquqi şəxsin ləğv edilməsi əsasları: Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər: 
3.1. təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə; 
3.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 
3.3. müflis elan olunduqda. 
 
4. Hüquqi şəxsin “ləğv prosesində” olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanına təqdim edilən sənədlər: 
4.1.Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir:
 -ərizə (“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” Ərizə) - ləğvetmə barədə qərar;
 -ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 
 - hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd;
 - möhür. 
 4.2.Hüquqi şəxs müflis elan olunduqda müflis elan edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya borclu müəssisənin müflis elan olunması barədə kreditorların ilkin yığıncağının qərarı qeydiyyat orqanına təqdim olunmalıdır. 4.3. Qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində "ləğv prosesindədir" yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra "ləğv prosesindədir" sözləri əlavə edilir. 
 
5. Ərizənin qəbulu zamanı yoxlanılmalı və məlumatlandırılmalı məsələlər: Vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır: 
5.1. qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu; 
5.1.1. hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; 
5.1.2.hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması; 
5.1.3. hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması;
 5.1.4. hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə Posterminalının qeydiyyatda olub-olmaması; 
 5.1.5.hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması;
 5.1.6. hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması;    
 5.1.7.hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin (hesabatlarının) olub-olmaması. 
 
5.2. Qeyd olunan hallardan biri olduqda hüquqi şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər (Aktiv uçot vahidlərinin bağlanılması ilə əlaqədar ərizə və sənədləri, təqdim edilməmiş bəyannamələri təqdim etmək, dövlət büdcəsinə vergi borcunun ödənilməsi və s) görülməlidir.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ