mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi

Hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsi

 

Xidmətin məzmunu

 

Bu xidmət hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsini əhatə edir.

 

Xidmətin həyata keçirilmə formaları

 

Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.

Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.

 

Xidmətin göstərilmə yeri

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

 

 Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

 

Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpası barədə arayış ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə hüquqi şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə məlumat verilir.

Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə bildiriş verilir.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

bildiriş verilir.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

 

 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ