mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

"Asan İmza" SİM-kart üzrə sertifikatların verilməsi

Xidmətin məzmunu
 
"Bu xidmət "ASAN İmza" SİM-kart üzrə sertifikatların verilməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin, Rayon Vergilər Şöbələrinin və ASAN xidmət mərkəzlərinin inzibati binaları.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
• Ərizə - sənədin əsli. 
• Şəxsiyyəti təsdiq edən sənəd - sənədin əsli.
• Notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) - sənədin əsli. 
• "e-təmsilçi" qismində tanınma barədə ərizə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) - sənədin əsli. 
• ASAN İmza SİM-kartı - sənədin əsli. 
• Notariat qaydasında və ya dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin blankında möhürü ilə təsdiq edilmiş, onların, habelə fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Mərkəz tərəfindən müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə (dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi və fiziki şəxsin rəhbəri tərəfindən işçilərinə qulluq funksiyalarının icrasında elektron imzadan istifadə səlahiyyəti verildikdə) - sənədin əsli.
• Notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən "e-Təmsilçi"-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) - sənədin əsli.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərib edilmiş ərizə və qanunvercilikdə nəzərdə tutulmuş sənədlər ilə müraciət edə bilər. Müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə "Asan İmza" SİM-kart üzrə sertifikat verilir.
Xidmətin göstərilməsi üçün tələb edilən sənəd siyahısı normativ hüquqi aktlarda müəyyən edilməyib.
 
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ