mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması

 
Xidmətin məzmunu
 
Bu xidmət vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasını əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Ərizə - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər (mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) və idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınaraq ƏDV ödəyicilərinin reyestrinə daxil edilir və vergi ödyicisinə ƏDV Bildirişi verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Müraciət araşdırılır və imtinaya əsas olmadıqda ərizə qəbul edilir. Vergi ödəyicisinin elektron ünvanına Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsinin icraya qəbul edildiyi və ƏDV məqsədləri üçün Bildirişin vergi orqanından götürülməsi haqqında məlumat göndərilir. Əlavə dəyər vergisinin məqsədləri üçün Bildirişin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ