mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

"AA" dövlət qeydiyyat nişanı

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı – nömrələr Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.  "Bu seriyalı maşınlar həm özəl, həm də dövlət sektoruna məxsusdur. Yəni AA seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun. Burada konkret olaraq A,B,C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, AA, AB, AC seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub”.
 
“AA” nömrəli maşınlar fiziki deyil, hüquqi şəxslərə ( MMC sahiblərinə) məxsusdur. Adi vətəndaşlar – fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər:
“Amma istənilən hüquqi şəxsə ( MMC sahiblərinə) bu nömrə verilə bilər.  Yəni, bir şirkət avtomobilləri üçün “AA” seriyalı qeydiyyat nişanı əldə edib, qanunvericiliyin tələblərinə uyğun olaraq sürücüyə verə bilər. Bundan başqa, dövlət qurumları və hüquqi şəxslər üçün təkcə “A” ilə başlayan seriyası ilə deyil, “J”, “P” seriyası ilə başlayan nömrələr də verilir. Yəni, “A” seriyası ilə başlayan nömrənin, “J”, “P” seriyalarından , ümumiyyətlə digər seriyalardan heç bir üstünlüyü yoxdur. Odur ki, avtomobilin nömrəsi heç bir sürücüyə üstünlük təşkil etmir. İstənilən hüquqi şəxs Dövlət Yol Polisinə rəsmi qaydada müraciət edərək, balansında olanda avtomobillər üçün “A” və ya digər seriyalı dövlət qeydiyyat nişanı ala bilərlər.
Eyni zamanda dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da “AA” seriyalı nömrə nişanı verilir. Yəni “AA” seriyası artıq hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Hansısa firma və şirkət təsis( MMC ) olunubsa, indi o müəssisələrə məxsus maşına belə seriyadan olan nömrə nişanları verilir”.
““AA” seriyalı nömrə nişanının 18 AZN dövlət rüsumu var. Fiziki şəxs istəsə də “AA” seriyalı  nömrə alabilməz”, bu serianı ala bilmək üçün  MMC açdırmalıdır.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ