mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

POS-terminalın onlayn qeydiyyatı

 
Xidmətin məzmunu
 
Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onlara qeydiyyat nömrəsinin verilməsini və həmin məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq Ərazi Vergilər Baş İdarəsinin, müvafiq Ərazi Vergilər İdarəsinin, Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin inzibati binası.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Ərizə - elektron formada.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Xidmətin istifadəçilərinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ