| Kommersiya hüquqi şəxsinin xarici ölkədə nümayəndəliyinin və ya filialının dövlət reyestrinə daxil edilməsi | |
Xidmətin məzmunu | Bu xidmət Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərin xarici ölkədə qeydiyyata alınmış nümayəndəliyi və ya filialı barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsindən ibarətdir. |
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması | Ərizəsi - sənədin əsli. Kommersiya hüquqi şəxsin xarici ölkədəki nümayəndəliyinin və ya filialının qeydiyyata alınmasını təsdiq edən sənəd - sənədin əsli. |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərin xarici ölkədəki nümayəndəliyi və ya filialı barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edildikdən sonra səlahiyyətli şəxsə kağız daşıyıcıda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir. |