mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Sahibkarlıq prosesi

Qeydiyyat
Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl sahibkar ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı, fəaliyyətinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitinin cəlb edilməsi tələb olunduğu halda, onun əldə edilməsi ilə bağlı müvafiq tədbirlər görməli, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. 
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər. 
Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. 
Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olsun.  
Vergi ödəyicisi kimi uçota alınan fiziki şəxslər Azərbaycan Respublikasının vətandaşları şəxsiyyət vəsiqəsinin surəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən onlara verilmiş vəsiqə ilə  "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni, hüquqi şəxslər isə "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə" ilə birlikdə dövlət qeydiyyatı üçün tələb olunan digər sənədləri vergi orqanına təqdim edir. Müvafiq ərizə formalarında, digər məlumatlarla yanaşı, məşğul olmaq istədikləri fəaliyyət növü (növlərini) və vergitutma sistemi qeyd edilməli və həmin məlumatlarda sonrakı dövrdə hər hansı dəyişiklik baş verdikdə, vergi orqanına bu barədə 40 gün ərzində məlumat təqdim etməlidir. 
Sahibkar fəaliyyət göstərəcəyi təsərrüfat subyektini (obyektini), məsələn: mağazanı, kafeni, istehsal sexini, fermanı, anbarı və s. yerləşdiyi ərazi üzrə vergi orqanına, o cümlədən əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə uçota qoymalı, nağdsız hesablaşmaların aparılması, o cümlədən kreditlərin götürülməsi məqsədilə istədiyi bankda hesab açmalı, nağd pul hesablaşmaları aparıldığı təqdirdə isə təsərrüfat obyektində nəzarət-kassa aparatını quraşdırmalıdır.
Öhdəliklərin yerinə yetirilməsi
Sahibkar vergi ödəyicisi kimi uçota alınan zaman seçdiyi vergitutma sisteminə və yaranmış vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir. 
Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması məqsədilə verilən sosial yönümlü güzəştlərlə yanaşı, kapital qoyuluşlarının artırılmasına və əhalinin məşğulluğunun təmin olunmasına, xüsüsilə qeyri-neft sektorunun inkişafına xidmət etməli olan sahələr üzrə güzəştlər də mövcuddur. 
Sahibkarların ən geniş kütləsini əhatə edən sahələrdən biri də aqrar sektordur. Təsadüfi deyil ki, 2001-ci ildən bu günədək əhalinin daxili tələbatının təmin olunması, eyni zamanda xarici bazarlara çıxış imkanının yaradılması məqsədilə bu sahəyə davamlı olaraq güzəştli vergitutma rejimi tətbiq edilir. Hal-hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarının əldə etdikləri gəlirləri (həmin məhsulların emalından əldə edilən gəlir istisna olmaqla) mənfəət və gəlir vergisindən, ƏDV-dən, sadələşdirilmiş vergidən və bu fəaliyyət prosesində istifadə etdikləri əmlaka görə əmlak vergisindən azad olunublar. 
Fiziki şəxs kimi vergi uçotuna dayanma, kommersiya hüquqi şəxsin yaradılması, təsərrüfat subyetinin uçota alınması, bank hesabının açılması, NKA-nın və POS-terminalın qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi və s. barədə daha geniş məlumatla "Vergi bələdçisi" bölməsində tanış olmaq olar. 
Vergi orqanında uçota alınarkən Dovlət Vergi Xidmətinin göndərdiyi məlumata əsasən sahibkar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) qeydiyyata alınır (fəaliyyət göstərdiyi sahə və işçilərinə hesablanmış əmək haqqı üzrə sosial sığorta ayırmaları hesablayır, bəyan etməklə büdcəyə ödəyir). 
Sahibkar tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanılmalı və hüquqi qüvvəyə malik olması üçün bu barədə bildirişlər elektron informasiya sisteminə daxil edilməlidir
Mühasibat uçotu
Sahibkar öz fəaliyyətini düzgün dəyərləndirmək və maliyyə vəziyyəti barədə dolğun məlumat almaq üçün mühasibat uçotunu aparmalıdır.
Mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ