mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi

 
 
Xidmətin məzmunu
 
Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
• Ərizə - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
• Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər - sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
• Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətn aməsi - sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Vergi ödəyicisinin olduğu yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Qeyri-kommersiya hüquqi şəxsin adı və ünvanı dəyişdikdə ona Şəhadətnamə verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtinaya əsas olmadıqda qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ