Xidmətin məzmunu | Bu xidmət hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılmasını əhatə edir. |
Xidmətin həyata keçirilmə formaları | Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması. |
Xidmətin göstərilmə yeri | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri. |
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması | • Ərizə - sənədin əsli. • Hüquqi şəxsin filialının (bölməsinin) ləğv edilməsini təsdiq edən sənəd - sənədin surəti (elektron və ya kağız formada). • Vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamə - sənədin əsli. |
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar | Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar (Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra) başa çatdıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotu ləğv edilir. |