mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi

 
Xidmətin məzmunu
 
Bu xidmət vergi ödəyicilərinə banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Ərizə - elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarda hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində bu barədə məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə banklara göndərir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür. Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə bildiriş çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar. Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ