mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi

 
Xidmətin məzmunu
 
Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası.
 
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur 
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir:
"Elektron hökumət" portalına və ya "İnternet Vergi İdarəsi" saytına (www.e-taxes.gov.az) daxil olur və "Giriş" düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifri daxil edir (sistemə daxil olmaq üçün "e-İmza" kartından da istifadə etmək olar). Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir. Sonra "Daxil ol" düyməsi sıxılır. İstifadəçi yeni açılmış pəncərədən "Onlayn Ödəmə" düyməsini seçir. Bu zaman sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxarılır. Təsnifat kodu siyahıdan seçilir. Növbəti xanaya ödəniləcək məbləğ daxil edilir və "Ödə" düyməsi sıxılır. Bu halda Mərkəzi Bankın KÖMİS-i mühitinə keçid alınır və yeni ekran açılır. Ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq "Ödəmək" düyməsi vurulur.
Yeni ekranda isə aşağıdakı məlumatlar daxil edilir:
• Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6 rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir)
• Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir
• Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir
• Kartın növü siyahıdan seçilir.
Əməliyyatı təsdiqləmək üçün "Təsdiq" düyməsi sıxılır. Daxil edilmiş məlumatlarda kənarlaşma olmadıqda "Ödəniş müvəffəqiyyətlə başa çatdı" xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. Ödəniş bitdikdən, KÖMİS-in infrastrukturunda proses başa çatdıqdan sonra ödəyici avtomatik rejimdə yenidən "İnternet Vergi İdarəsi" portalına keçid alır. Aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır.
 

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ