mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Vergi orqanları, onların vəzifə və hüquqları

Dünyanın bütün ölkələrində büdcənin gəlir hissəsinin formalaşdırılmasının əsas mənbəyi vergilərdir. Vergilərin toplanması isə əsasən vergi xidməti orqanları tərəfindən həyata keçirildiyi üçün dünyanın bütün ölkələrində dövlət vergi xidməti orqanları fəaliyyət göstərir.

 

Vergi orqanları vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edir.

Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq-mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər. Onlar yerli dövlət hakimiyyəti orqanlarından asılı olmayaraq müstəqil fəaliyyət göstərirlər.

Vergi orqanları tərəfindən qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Azərbaycan Respublikasının vergi orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları ilə tənzimlənir.


Vergi orqanlarının vəzifələri

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanlarının aşağıdakı vəzifələri vardır:

  • Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək;
  • Vergi ödəyicilərinin hüquqlarını və qanuni manefələrini müdafiə etmək;
  • Vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitləri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək;
  • Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq və bu bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək;
  • Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək;
  • Vergi ödəyicilərinin uçotunu aparmaq;
  • Mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etmək;
  • Vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericilikdə müəyyən edilmiş hallarda vergi orqanlarının qərarının surətini vermək;
  • Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş tədbirləri görmək;
  • Tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

Vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirirlər. Bu zaman digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlar.

 

Vergi orqanlarının hüquqları

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanlarının aşağıdakı hüquqları vardır:

  • Vergi qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarını keçirmək;
  • Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, vergi bəyannamələrini, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər səndləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;
  • Vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq, baxış keçirmək, inventarizasiya aparmaq və müəyyən edilmiş qaydada sənədləri və əşyaları götürmək;
  • Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək;
  • Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyalarını və inzibati cərimələri tətbiq etmək;
  • Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsini təmin etmək;
  • Vergi ödəyicilərinin hesablaşma, valyuta və digər hesablarından qanunvericiliyə müvafiq olaraq vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə və məqsədli dövlət fondlarına alınması üçün banklara və digər kredit təşkilatlarına icra sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təmin etmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada vergi ödəyicilərinin hesablaşma, valyuta və digər hesabları üzrə əməliyyatların dayandırılması üçün banklara və digər kredit təşkilatlarına icra sənədi olan sərəncam vermək, vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;
  • Qanunla müəyyən edilmiş hallarda və qaydada vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirmək, binalara (yaşayış sahələri istisna olmaql), qurğulara və torpaq sahələrinə daxil olmaq və baxış keçirmək, nəzarət qaydasında mal alqısını aparmaq;
  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq;
  • Aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya qoymaq;
  • Müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri və müşahidəçiləri cəlb etmək;
  • Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək.

 

Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumalıdırlar.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ