mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Muzdlu işlə əlaqədar əldə edilən gəlir və verginin dərəcələri

Muzdlu iş dedikdə əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyəti başa düşülür.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir isə - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır.
Faktiki ezamiyyə xərclərinin, habelə dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək14 faiz
2500 manatdan çox olduqda350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Fiziki şəxslərin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2017-ci il üzrə 155 manat) azaldılır.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən aynca hesablanır və dövlət büdcəsinə ödənilir.

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni isə ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidir.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ