mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Vergi borcu barədə məlumatın verilməsi

Vergi borcu barədə məlumatı tez bir zamanda necə əldə etmək mümkündür?

Bunun üçün aşağıdakı 4 üsuldan istifadə etmək olar.

1. Birbaşa internet saytdan

Bu xidmət vasitəsi ilə Dövlət Vergi Xidmətinin www.taxes.gov.az internet saytının "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə vergi ödəyicisinin VÖEN-i daxil etməklə onun dövlət büdcəsinə olan vergi borcu barədə məlumatı əldə etmək olar.

2. Çağrı Mərkəzinə zəng etməklə

"195" Çağrı Mərkəzinə zəng etdikdən sonra "1" düyməsini seçməklə Dövlət Vergi Xidmətinə qoşulursunuz, sonra öz VÖEN nömrənizi yığaraq "#" düyməsini seçirsiz. Bundan sonra siz həmin tarixə olan vergi borcunuz barədə məlumat alacaqsınız.

3. İnternet vergi idarəsinə daxil olmaqla

Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olaraq "Məlumat axtar" alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

4. SMS vasitəsilə

Dövlət Vergi Xidmətinin təqdim etdiyi "İkitərəfli SMS xidməti" xidmətinə qoşulmaqla vergi öhdəlikləri barədə 21 istiqamətdə, SMS sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat almaq mümkündür. Xidmətdən istifadə etmək üçün mobil telefondan *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000541*121756#yes ) yığaraq qeydiyyatdan keçmək lazımdır.

Əgər abunəçisizsə: Qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Əgər abunəçi deyilsinizsə: Qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq olar: "1" - dövlət büdcəsinə vergi borcu barədə; "2" - təqdim olunmalı bəyannamələr barədə; "3" - fəaliyyətin aktivliyi və ya dayandırılması barədə; "4" - e-qutudakı yeni və ya oxunmuş məktublar barədə və "5" - qeydiyyata alınmış təsərrüfat subyektləri barədə.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ