mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

Müflisləşmə və iflas

Müflisləşmə və iflasla bağlı qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri hansılardır?

Borclu tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın, əmlak öhdəliklərinin, əmlaka dair məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması, borclu təşkilatın rəhbəri və ya mülkiyyətçsi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi  (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 210-cu maddəsi), kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 211-ci maddəsi), kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 212-ci maddəsi) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ