mmc acmaq

MMC.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

mmc yaratmaq

MMC nədir

MMC - Məhdud Məsuliyyətli Cəmiyyət söz birləşməsinin qısalmış formasıdır. Tələffüzü [em em ce] olaraq istifadə olunur. Bir və yaxud bir neçə şəxslər (fiziki şəxs və yaxud hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət MMC, yəni Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. 

Əsas üstünlüklərindən biri odur ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları (məsələn direktor) müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.

Digər formada izah etsək, ticarətlə işi ilə məşğul olan, xidmət göstərən, məhsul istehsalı edən istənilən kommersiya təşkilatı MMC adlanır. MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc onun təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.

Bəs MMMC nədir?

MMMC - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti - çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. 

Qanunvericiliyə əsasən çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərilərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir.

MMC-lər Dövlət Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

MMC.AZ olaraq hüquqi şəxslərin qeydiyyatı, vöenə bağlı bank hesabının açılması, portaldan icazələrin alınması kimi xidmətləri təklif edirik.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

MMC AÇ